Makron Bayrunun istefasını qəbul etdi

Makron Bayrunun istefasını qəbul etdi
09 Sen 2025 17:38

Fransanın Baş naziri Fransua Bayru Prezident Emmanuel Makrona istefa ərizəsini təqdim edib. 

News365.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Makron Baş nazirin istefa ərizəsini qəbul edib.

Qeyd olunub ki, Bayru hökuməti yeni kabinet formalaşana qədər cari işləri icra etməyə davam edəcək.

Xatırladaq ki, ötən gün Baş nazir Fransua Bayru hökumətinə çağırdığı etimad səsverməsində uduzub.


Sizin reklam burada
Sizin reklam burada