Azərbaycanda bu şəxslərin təqaüdü ARTIRILDI

Azərbaycanda bu şəxslərin təqaüdü ARTIRILDI
12:44

Naxçıvan Muxtar Respublikasında fəxri adlara görə verilən təqaüd artırılıb.

News365.az xəbər verir ki, əvvəllər 75 manat olan təqaüd 100 manat müəyyən edilib.

Artım əməkdar müəllim, əməkdar həkim, əməkdar artist, əməkdar incəsənət xadimi, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi və əməkdar dövlət qulluqçusu fəxri adını daşıyan şəxslərə şamil edilib.

Qeyd edək ki, müvafiq sərəncam Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov tərəfindən imzalanıb. Sənəd iyulun 1-dən tətbiq edilir.


Sizin reklam burada
Sizin reklam burada