Alimlər getdikcə daha çox ananın
mikrobiotasının uşağın, o cümlədən onun sinir sisteminin inkişafında əsas rol
oynadığına dair sübutlar tapırlar. Üstəlik, öyrənilib ki. ananın mikrobiomunun
körpənin orqanizminə təsiri hələ doğuşdan əvvəl başlayır.
News365.az xəbər verir ki, Miçiqan
Dövlət Universitetində aparılan yeni araşdırma mikrobların beynin erkən
inkişafının, xüsusən də stressi, sosial davranışı və mühüm bədən funksiyalarını
tənzimləyən hipotalamusun (paraventrikulyar nüvə, PVN) sahəsinin
formalaşmasında iştirak etdiyini müəyyən edib.
Siçanlar üzərində aparılan
təcrübələr göstərdi ki, hamiləlik zamanı ana mikroblarının olmaması yeni
doğulmuş körpələrin PVN-də daha az neyrona malik olmasına gətirib çıxarır - və
bu, hətta doğuş zamanı mikroblarla kolonizasiyadan sonra da özünü düzəltmir. Bu
o deməkdir ki, mikrobların təsiri ana bətnində, ananın mikrobiotasından gələn
siqnallar vasitəsilə başlayır.
Alimlər vurğulayırlar ki, qeysəriyyə
əməliyyatı və sonradan antibiotiklərdən istifadə bu prosesi poza bilər, çünki
məhz doğum kanalından keçərkən uşağın orqanizmi ilk mikrobları qəbul edir.
Beləliklə, gələcək ananın mikrobiotasına qayğı hamiləlik dövründə qidalanma və
ya stressin olmaması qədər vacib ola bilər.
News365.az