Ermənistan-Azərbaycan sərhədində eskalasiya riski sıfırdır. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib ki, heç bir tərəfdə qoşunların cəmləşməsi yoxdur. Prezident İlham Əliyevlə Brüsseldəki görüşə gəldikdə “görüşə hazır olduğumuzu bəyan etdik. Bu, tərəflərin sülhə doğru hərəkət etməsi anlamına gəlir. Bu, o deməkdir ki, 2-3 ay ərzində sülh sazişinin imzalanması 70 faizdir”, - deyə Paşinyan bildirib.