“Azərbaycanla Mərkəzi Asiya arasında həll olunmayacaq məsələ yoxdur” - Politoloqdan şərh

“Azərbaycanla Mərkəzi Asiya arasında həll olunmayacaq məsələ yoxdur” - Politoloqdan şərh
16:20

“Azərbaycan Mərkəzi Asiya ilə münasibətləri gücləndirir”.

Politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında bildirib ki, son illərdə Azərbaycan Mərkəzi Asiya Respublikaları ilə əlaqələrini daha da inkişaf etdirmək xətti götürüb. Onun sözlərinə görə, bu yaxınlaşma son illərdə yenidən başlayan prosesin davamıdır.

“Azərbaycan Qarabağı işğaldan azad etməyə çalışarkən, həmin ölkələrin dəstəyini və münasibətini öyrənməyə çalışırdı. Məlum olduğu kimi, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və həmin ölkələr normal münasibət bəslədilər, imkanları daxilində yardım etdilər. Müharibədən sonra isə Azərbaycan bu ölkələrlə münasibətləri daha da inkişaf etdirməyə başladı”, – deyə politoloq vurğulayıb.

Əlimusa İbrahimov qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya Respublikaları arasında həll olunması mümkün olmayan məsələ yoxdur:
“İki tərəfli münasibətlər inkişaf edir, ticari əlaqələr güclənir, mədəni əlaqələr möhkəmlənir və Qarabağın yenidən qurulmasında bu ölkələrin iştirakı təmin edilir. Prezidentin təmaslarının artması Azərbaycanın qlobal səviyyədə mövqeyini gücləndirir”.

Politoloq əlavə edib ki, Qarabağ müharibəsindən sonra Azərbaycanın daxildə ciddi problemi yoxdur və regionda həll edə biləcəyi məsələlər mövcuddur:
“Azərbaycan müstəqilliyini və regiondakı mövqeyini möhkəmləndirmək üçün qarşısına qoyduğu məqsədləri uğurla həyata keçirir və Mərkəzi Asiya ilə əlaqələri bundan sonra da gücləndirəcək”.


Sizin reklam burada
Sizin reklam burada