21.10.2025-ci il tarixində saat 00:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri ərazisindən təcili çağırış daxil olub.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1983-cü il təvvəllüdlü (kişi cinsli) şəxsə kəskin koronar sindrom, kardiogen şok diaqnozu qoyulub və ilkin tibbi yardımın həyata keçirilməsinə baxmayaraq həkim yanında ölüm qeydə alınıb",- deyə TƏBİB-in məlumatında qeyd olunub.
Qeyd edək ki, Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Akif Abgül oğlu Baxşıyev gecə saatlarında özünü pis hiss edərək mədə ağrılarından şikayətlənib. Ailə üzvləri onun vəziyyətinin pisləşdiyini görərək təcili tibbi yardıma müraciət ediblər.
Yaxınlarının iddiasına görə, A.Baxşıyev həkimlər tərəfindən iynə vurulduqdan az sonra ölüb.