“Paşinyan sərt addımlarla rəqiblərini zəiflətməyə çalışır”- İlham İsmayıl

“Paşinyan sərt addımlarla rəqiblərini zəiflətməyə çalışır”- İlham İsmayıl
15:14

“Paşinyan sərt addımlarla rəqiblərini zəiflətməyə çalışır”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl News365.az-a açıqlamasında bildirib ki, Ermənistan parlament seçkiləri ərəfəsində Paşinyan daxili və xarici təzyiqlərlə üzləşir.

Onun sözlərinə görə, anti-Paşinyan qüvvələr fəallaşır və Rusiya tərəfdən də müxtəlif təsirlər müşahidə olunur.

İlham İsmayıl qeyd edib ki, Paşinyan bu vəziyyətdə “ən yaxşı müdafiə – hücum” taktikasını seçib və rəqiblərinə qarşı kəskin sərt addımlar atır:
“Həssas mövzulardan biri kilisə məsələsi olub. Ard-arda həbslər həyata keçirilib və perspektivdə də digər şəxslər üçün tədbirlər planlaşdırılır”.

Ekspertin fikrincə, Ermənistan daxilində separatçı meylləri olan şəxslər, məsələn, Vardan Kukasiyan, Rusiyanın dəstəyindən istifadə edərək fəaliyyətini davam etdirir:

“Vardan Kukasiyan çıxışlarında Ermənistanın müstəqilliyini müdafiə edəcəyini, Belarus kimi Rusiya İttifaqına daxil olmasını təklif edib və gələcəkdə baş nazir və prezidentliyə namizədliyini irəli sürür. Bu, ölkə daxilindəki separatçı qüvvələrin təmsilçisidir”.

İlham İsmayıl əlavə edib ki, digər separatçı və radikal qruplar həbslərə baxmayaraq müəyyən dərəcədə fəaliyyətlərini davam etdirirlər və Paşinyan bu mühitdə öz mövqeyini gücləndirməyə çalışır.


Sizin reklam burada
Sizin reklam burada