Son zamanlar bəzi kosmetoloqların sertifikatlarının olub-olmaması və mövcud sertifikatların doğruluğunu araşdırmaq məqsədilə sosial şəbəkələrdə müzakirələr davam edir.
Müzakirələrdə onların təhsilinin olmadığı halda işləmələri cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Lakin bəzi həkim-kosmetoloqlar bu ittihamları qəbul etmirlər.
Həkim-kosmetoloq Nigar Sultanovanın saxta sənədi sertifikat kimi paylaşmaqla izləyicilərini və xəstələrini aldatmağa davam etdiyi iddia olunur.
Həmin görüntünü təqdim edirik:
Bu fotoya əsasən, o həm diplomunun, həm də kosmetoloq fəaliyyəti ilə məşğul olması ilə bağlı kurs keçdiyini bildirir. Həmin şəhadətnamədə kosmetoloqun 29 sentyabr 2021-ci il tarixindən 11 fevral 2022-ci il tarixə qədər 5 ay müddətində "Tibbi kosmetologiya" üzrə ixtisaslaşma kursu keçdiyi qeyd olunub.
Bəs bu şəhadətnaməni kim verib?
Bir az daha araşdırmaq etdikdə məlum olur ki, sözügedən sənəd T.e.d. Qasımov Nazim Akif oğlu tərəfindən verilib. Məlumat üçün qeyd edək ki, Nazim Qasımov. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektorudur. Az.DHTİ isə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) həkimlərin və əczaçıların elmi-texniki tərəqqinin müasir səviyyəsində dünya və ölkənin təhsil standartlarına uyğun ixtisas artırma və kadrların yenidən hazırlanmasını təmin edən müəssisədir.
Kosmetoloqun paylaşdığı fotoda ixtisası əczaçılıq kimi qeyd olunub.
Bəs əczaçılıq ixtisasını bitirənlər kosmetoloji prosedurlar həyata keçirə bilər?
Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirildi ki, Nigar Sultanova adı Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sertifikatsız şəxslər tibbi və əczaçılıq fəaliyyəti göstərə bilməzlər.
Qeyd edək ki, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər 6000-8000 min manat məbləğində cərimə olunur. Mərkəzdən həmçinin bildirildi ki, tibbi fəaliyyət yalnız müvafiq ali tibbi təhsili olan və sertifikata malik şəxslər tərəfindən həyata keçirilə bilər, sertifikatsız fəaliyyət qanunsuz hesab olunur və məsuliyyət yaradır.
Qeyd edək ki, Nigar Sultanova 2016-cı ildən 2 nömrəli Tibb Baza Kollecində müəllim kimi, 2017-ci ildən isə "Laser Beauty" Klinikasında həkim-kosmetoloq kimi fəaliyyət göstərməkdədir. Milli.Az