"Pensiyalar da artacaq"- Vüqar Bayramovdan AÇIQLAMA

"Pensiyalar da artacaq"- Vüqar Bayramovdan AÇIQLAMA
15:01

“2026-cı ildə sosial siyasətin gücləndirilməsi dövlətin əsas prioriteti olacaq”

Bunu millət vəkili Vüqar Bayramov News365.az-a açıqlamasında bildirib. O əlavə edib ki, 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərinə əsasən, gəlirlərin 58 faizi qeyri-neft sektorunun payına düşəcək:

"Bu isə o deməkdir ki, növbəti ildə qeyri-neft sektorundan daxilolmalar neft sektoru ilə müqayisədə daha yüksək olacaq".

Deputatın sözlərinə görə, gələn ilin büdcəsində sosial yönümlü xərclər üstünlük təşkil edir:
“Büdcədən ayrılan vəsaitlərin 40 faizdən çoxu sosial istiqamətlərə yönəldiləcək. Bu, sosial təminat və sosial siyasətin gücləndirilməsinin növbəti illərdə də dövlətin əsas prioritetlərindən biri olaraq qalacağını göstərir”.

Vüqar Bayramov qeyd edib ki, 2026-cı ildə sosial təminat tədbirlərinin genişləndirilməsi, sosial yönümlü layihələrin maliyyələşdirilməsi və sosial siyasətin davamlı şəkildə gücləndirilməsi nəzərdə tutulur.
“Qanunvericiliyə əsasən, pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Beləliklə, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək”, – deyə o vurğulayıb.

Millət vəkili əlavə edib ki, növbəti ildə əməkhaqları və digər sosial ödənişlərdə də artımlar planlaşdırılır:
“Prezidentin son günlərdə imzaladığı sənədlər sosial sahədə tədbirlərin davamlı icrasını təmin edir. 2026-cı ildə sosial paketlərin genişləndirilməsi, əməkhaqlarının və sosial təminat ödənişlərinin artırılması dövlətin sosialyönümlü siyasətinin ardıcıl və dayanıqlı şəkildə davam etdiyini göstərir”.


Sizin reklam burada
Sizin reklam burada