İYİ Partidən çıxarıldıqdan sonra müstəqil deputat kimi fəaliyyət göstərən Sakarya millət vəkili Ümit Dikbayır Türkiyənin Respublika Xalq Partiyası (CHP) üzvü olub.
News365.az xəbər verir ki, Dikbayırın nişanəsini CHP Ümumi Sədri Özgür Özel taxıb.
Dikbayır açıqlamasında bildirib:
“Çətin dövrlərimdə məni heç vaxt tək qoymayan, bu günə gəlməyimdə dəstək olan, cəsarətlə yanımda duran Adnan Bekerə təşəkkür edirəm. Həyat yoldaşım və övladlarım mənə güc verdilər. Sakarya təşkilatına və dostlarıma təşəkkür edirəm. Burada olmamın səbəbi sadəcə klassik siyasət aparmaq deyil. Gazi Mustafa Kamal Atatürkün bizə üç əmanəti var: respublika, demokratiya və CHP. Onurlu mübarizənizin yanında durmağı bacardığım üçün xoşbəxtəm”.
Dikbayır daha əvvəl Sözcü TV-də yayımlanan “İpek Özbey ilə Nokta Atışı” proqramında da açıqlama verərək, Ədalət və İnkişaf Partiyasından (AKP) ona üç dəfə təklif gəldiyini, lakin bunları qəbul etmədiyini bildirmişdi.
News365.az