Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəzi Avropa ölkələrinin Ukraynada dərhal atəşkəsə çağırmasının səbəbindən danışıb.
News365.az xəbər verir ki, o bu barədə danışarkən “oğru və papaq haqqında” atalar sözünü təkrarlayıb.
“Fransa Prezidenti Emmanuel makron, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Böyük Britaniyanın baş naziri Keir Starmer artıq bir müddətdir ki, Rusiyaya “strateji məğlubiyyət” vermək zərurətindən bəhs etməyi dayandırıblar və dərhal atəşkəsə çağırmağa başlayıblar.
Digər yandan Makron atəşkəsin heç bir ilkin şərt olmadan baş tutmalı olduğunu və heç bir ölkənin Kiyev rejiminə silah tədarükünü məhdudlaşdıra bilməyəcək”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
“Yəni, necə deyərlər, papaq yandırıldı, bu atəşkəsin nə üçün lazım olduğu dərhal aydın oldu”, - Lavrov vurğulayıb.