ABŞ prezidenti Donald Tramp daha bir qlobal münaqişəni həll edə biləcəyinə əmin olduğunu bildirib.
News365.az xəbər verir ki, amerikalı lider Ağ Evdə ABŞ Senatının respublikaçı üzvləri ilə görüşdə çıxış edib.
"İstəsəniz, inanın, doqquzuncu münaqişənin həlli göz qabağındadır", - deyən Tramp Ukraynada müharibənin sona çatmasının "artıq göz qabağında olduğunu" vurğulayıb.
O izah edib ki, ikinci prezidentliyi dövründə o, artıq səkkiz beynəlxalq böhranı həll edib.