Tokayev: “Azərbaycan regional güc kimi çox mühüm rol oynayır” VİDEO

Tokayev: “Azərbaycan regional güc kimi çox mühüm rol oynayır” VİDEO
12:12

“Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir”.

Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşündə söyləyib.

“Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır”, - deyə o əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada