Kobaxidze Paşinyanla regional məsələləri müzakirə edib

Kobaxidze Paşinyanla regional məsələləri müzakirə edib
21 Okt 2025 21:30

Gürcüstanın Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla görüşüb.

News365.az xəbər verir ki, İ. Kobaxidze bu barədə öz “X” hesabında məlumat verib.

Baş nazir görüşdə ikitərəfli və regional məsələlərin müzakirə olunduğunu qeyd edib.

“Əminəm ki, bu görüş Gürcüstanla Ermənistan arasında əməkdaşlığın daha da gücləndirilməsinə imkan verəcək”, - İ. Kobaxidze yazıb.

Qeyd edək ki, N. Paşinyan Gürcüstanda işgüzar səfərdədir. O, 22-23 oktyabr tarixləri arasında Tbilisidə keçiriləcək V İpək Yolu Forumunda iştirak edəcək.


Sizin reklam burada
Sizin reklam burada