Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah Fransaya işgüzar səfərə gedəcək.
News365.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.
Məlumata görə, oktyabrın 22-dən 24-dək davam edəcək səfər zamanı Mirzoyan Feminist Xarici Siyasət üzrə 4-cü Nazirlər Konfransında iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.