“Neftçi”nin yeni transferi Qustavo Klisman üçün ödədiyi məbləğ məlum olub.
News365.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.
“Ağ-qaralar” yarımmüdafiəçi üçün klubu “Santa Klara”ya 300 min avro təzminat ödəyib. “Neftçi” Klismanla 2+1 illik müqavilə imzalayıb.
Karyerasının böyük hissəsini Portuqaliyada keçirən yarımmüdafiəçi 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.