Dron hücumları Rusiyanı vurdu: Benzin istehsalı daxili tələbatın 65%-nə düşdü

Dron hücumları Rusiyanı vurdu: Benzin istehsalı daxili tələbatın 65%-nə düşdü
12:18

Ukraynanın dron hücumları nəticəsində NEZ-lərin (neft emalı zavodları) sıradan çıxması Rusiyanı daxili bazarda ciddi yanacaq qıtlığı ilə üz-üzə qoyub. "The Moscow Times" nəşrinin 5 avqust tarixli məlumatına görə, 2026-cı ilin iyul ayının əvvəlinə olan göstəricilərə əsasən, ölkədə benzin istehsalı daxili tələbatın cəmi 65%-nə düşüb, dizel istehsalı isə ehtiyacları çətinliklə ödəyəcək səviyyəyə enib.

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, yaranmış defisiti aradan qaldırmaq və daxili bazarı təmin etmək üçün hökumət məcburi addımlar atır.

Ekoloji Standartlar Aşağını Enir: "Euro-2" Qayıdır

Rusiya hökuməti hələ 2013-cü ildə qadağan edilmiş "Euro-2" markalı benzinin satışına yenidən icazə vermək qərarına gəlib. Yenilənmiş qaydalara əsasən, yanacağın tərkibində metanolun payı 3%-ə qədər artırıla bilər. Həmçinin "Euro-2" üçün kükürd həddi 500 mq/kq-a qədər yüksəldilib. Müqayisə üçün qeyd edək ki, hazırkı "Euro-5" standartında bu göstərici maksimum 10 mq/kq təşkil edir. Səlahiyyətlilər bu qərarı bazarın sabitliyini saxlamaq və texnoloji məhdudiyyətlər fonunda qıtlığın qarşısını almaq zərurəti ilə izah ediblər.

Xatırladaq ki, hökumət iyul ayının əvvəlində də bəzi nəf emalı zavodlarına ilin sonunadək "Euro-3" markalı yanacaq istehsal edib satmağa icazə vermişdi.

"NEFT Research" şirkətinin Kommunikasiya direktoru Dmitri Prokofyev məsələni şərh edərkən bildirib ki, aşağı ekoloji sinfə aid yanacaq istehsalına keçid zavodlara nefti dərin emal etmədən birbaşa naftadan yararlanmaq imkanı verir. Lakin ekspert xəbərdarlıq edib ki, "Euro-2" yanacağının istifadəsi müasir avtomobillərin mühərrikləri üçün ciddi təhlükə yarada bilər.

Belarusdan İdxal Rekord Vurdu, Digər Ölkələrdən Də Yanacaq Alınır

Rusiya daxili bazardakı böhranı aradan qaldırmaq üçün qonşu ölkələrdən yanacaq tədarükünü kəskin şəkildə artırıb. 2026-cı ilin ilk 7 ayı ərzində Belarusdan Rusiyaya benzin idxalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə artaraq 665 min tona, dizel idxalı isə 7 dəfəyə yaxın artaraq 418 min tona çatıb.

Daxili bazardakı kəsiri idarə etmək üçün Rusiya hökuməti dizel yanacağının ixracına qadağa qoyub, eləcə də Hindistan, Qazaxıstan və Mərakeşdən əlavə yanacaq idxal etməyə başlayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada