Azərbaycanda gəlirlərin əsas hissəsi maaşdan formalaşmır – RƏSMİ

Azərbaycanda gəlirlərin əsas hissəsi maaşdan formalaşmır – RƏSMİ
10:30

Azərbaycanda ev təsərrüfatlarının gəlirlərinin ən böyük hissəsi əməkhaqqından deyil, özünüməşğulluq və digər gəlir mənbələrindən formalaşır.

News365.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ölkədə bir nəfərə düşən orta aylıq gəlirin 37,6 faizi muzdlu işdən (əməkhaqqından) əldə olunur. Gəlirlərin 32,4 faizi özünüməşğulluqdan, 20,8 faizi cari transfertlərdən, 7,4 faizi isə əmlakdan əldə olunan gəlirlərdən formalaşır. Digər gəlirlərin payı 1,8 faiz təşkil edir.

Statistikaya görə, cari transfertlərin tərkibində ən böyük pay pensiya gəlirlərinə məxsusdur. Bir nəfərə düşən aylıq pensiya gəliri 68,6 manat, digər sosial müavinət və ödənişlər isə 11,7 manat təşkil edib.


Sizin reklam burada
Sizin reklam burada