Filippin sahilləri yaxınlığında 5.9 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
News365.az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər yayıb.
Məlumata əsasən, zəlzələnin episentri təxminən 7500 nəfər əhalisi olan Saranqani əyalətindən 32 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı isə 10 km dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə hələlik heç bir məlumat daxil olmayıb. Bölgədə sunami xəbərdarlığı da edilməyib.