Ceyhun Bayramov Ukraynanın İrpen şəhərinə gedib

Ceyhun Bayramov Ukraynanın İrpen şəhərinə gedib
15:38

Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrpen şəhərinə gedib.

News365.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev "X" sosial şəbəkəsində paylaşım edib.

“Azərbaycanın dəstəyi ilə yenidən qurulan Ukraynanın qəhrəman şəhəri İrpendə xarici işlər naziri Ceyhun Bayramovu salamlamaqdan məmnunam”, – Yuri Husyev bildirib.

Səfir Azərbaycanın Ukraynaya göstərdiyi həmrəyliyə görə təşəkkürünü ifadə edib.

“Ukraynaya göstərdiyi həmrəyliyə və ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində davam edən birgə səylərə görə Azərbaycana minnətdarıq”, – diplomat vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada