Sülh sazişi üçün Konstitusiya dəyişikliyi niyə vacibdir? - AÇIQLAMA

Sülh sazişi üçün Konstitusiya dəyişikliyi niyə vacibdir? - AÇIQLAMA
16:12

Azərbaycanla Ermənistan arasında sülh prosesinin uğurla başa çatması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması mühüm şərtlərdən biri olaraq qalır.

Bu fikirləri Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar News365.az-a açıqlamasında səsləndirib.


Ü. Zülfüqarın sözlərinə görə, "Azərbaycanın sülh sazişinə bağlılığının təmin olunması, regionda uzunmüddətli sabitliyin və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların qalması gələcəkdə yeni münaqişələrin yaranmayacağına dair təminat vermir. Bu səbəbdən həmin müddəaların dəyişdirilməsi sülh prosesinin əsas şərtlərindən biridir."

Ülviyyə Zülfüqar bildirib ki, "Hər iki tərəf keçmiş münaqişənin izlərinin gələcək nəsillərə daşınmamasında maraqlıdır. Ermənistan Konstitusiyasında ediləcək dəyişikliklər yalnız Azərbaycanın deyil, eyni zamanda Ermənistanın da siyasi və hüquqi baxımdan daha sabit mövqeyə gəlməsinə xidmət edəcək. Bu addım qarşılıqlı etimadın möhkəmlənməsinə, humanitar əməkdaşlığın genişlənməsinə və regionda davamlı sülhün təmin olunmasına real zəmin yarada bilər."


Sizin reklam burada
Sizin reklam burada