Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan iki mənzili 5-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb.
News365.az yeniavaz.com-a istinadla xəbər verir ki, həmin mənzillərdən biri satılıb.
Paytaxtın Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, 108 ünvanında yerləşən, 370.4 kvadratmetr sahəsi olan mənzil 50% endirimlə 5-ci dəfə satışa çıxarılaraq 463 min 125 manata alıcı tapıb. Toyuqlu pizza
Sabiq nazirin mənzilini alan şəxsin kimliyi barədə açıqlama verilməyib.
Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, ev 7A, mənzil 3 ünvanında yerləşən, 61.1 kvadratmetr sahəsi olan 2-ci mənzil isə satılmadığı üçün avqustun 18-də 6-cı dəfə hərraca çıxarılacaq. Bu dəfə mənzilin qiymətində heç bir endirim olmayacaq və mənzil 5-ci hərracda olduğu kimi 175 min manata təqdim olunacaq.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvətalma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.