Avqustun 6-sı və 7-də Günəşdə aktivliyin ümumilikdə aşağı səviyyədə qalacağı proqnozlaşdırılır. Lakin mütəxəssislər gücünə görə ikinci ən yüksək kateqoriya sayılan M sinifli alışmaların baş verməsini də istisna etmirlər.
News365.az xəbər verir ki, tətbiqi Geofizika İnstitutunun məlumatına görə, bu cür alışmalar Yerdə geomaqnit həyəcanlanmalara və maqnit fırtınalarına təkan verə biler.
Məlumat üçün bildirək ki, Günəşdəki radiasiya püskürmələri rentgen şüalanmasının intensivliyinə əsasən 5 kateqoriyaya ayrılır: A, B, C, M və X. Hər bir növbəti pillə şüalanmanın 10 dəfə güclənməsi deməkdir. Güclü alışmalar zamanı kosmosa atılan plazma buludları Yerin orbital zonasına çatdıqda geomaqnit sahədə pozulmalara səbəb olur.
News365.az