"Neftçi" Roman Qriqorçukla yollarını rəsmən ayırıb.
News365.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ukraynalı mütəxəssis cari mövsümün əvvəlindən "Neftçi"ni çalışdırırdı. O, Azərbaycan Premyer Liqasının arxada qalan 9 turu ərzində "Neftçi"nin baş məşqçisi kimi 5 dəfə heç-heçəyə imza atıb, 4 görüşdə məğlub olub.