Neft qiymətləri kəskin ucuzlaşdı - Brent 97 dollardan aşağı düşdü

Neft qiymətləri kəskin ucuzlaşdı - Brent 97 dollardan aşağı düşdü
09:30

Dünya bazarında neft qiymətləri kəskin ucuzlaşıb.

News365.az xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin sentyabr fyuçersləri 2,88 ABŞ dolları (3,12%) ucuzlaşaraq bir barel üçün 89,31 dollara düşüb.

Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 3,91 ABŞ dolları (3,88%) azalaraq 96,78 dollar/barel olub.

Analitiklərin fikrincə, qiymət enişinin əsas səbəbi ABŞ-la İran arasında gərginliyin artmayacağına dair gözləntilərin güclənməsi və Hörmüz boğazında neft tədarükü ilə bağlı risklərin azalmasıdır. Eyni zamanda, son bahalaşmadan sonra investorların mənfəət götürmək üçün satışları artırması da bazarda qiymətlərə aşağı istiqamətli təzyiq göstərib.


Sizin reklam burada
Sizin reklam burada