Tanınmış yazıçıda ağır xəstəlik aşkar olundu

Tanınmış yazıçıda ağır xəstəlik aşkar olundu
14:20

Yazıçı, publisist Vahid Qazi xərçəng xəstəliyindən əziyyət çəkir.

News365.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Yazıçı bildirib ki, hazırda “əsrin bəlası” ilə üz-üzədir. O, sağalmaq üçün mübarizə aparacağını bildirib.

Qeyd edək ki, Vahid Qazi 22 mart 1968-ci ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhəri 1 saylı orta məktəbində oxuyub.

1985-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib. 1986–1988-ci illərdə Sovet ordusunda xidmət edib.

Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvüdür. Əsərləri rus, ingilis, isveç, ukrayna, latış, polyak, türk dillərinə çevrilib.

2012-ci ildən İsveçdə yaşayır.


Sizin reklam burada
Sizin reklam burada