Ağdaşın sabiq icra başçısı vəfat etdi

Ağdaşın sabiq icra başçısı vəfat etdi
08 Sen 2026 13:44

Ağdaş Rayon İcra Hakimiyyətinin sabiq başçısı Veyis Məmmədov dünyasını dəyişib.

News365.az xəbər verir ki, alim-pedaqoq, filologiya elmləri namizədi V.Məmmədov 80 yaşında vəfat edib.

O, Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından biri sayılırdı.

V.Məmmədov 1992-1993-cü illərdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.


Sizin reklam burada
Sizin reklam burada