Aktyor Müşviq Şahverdiyev getdiyi restorandakı qiymətlərdən narazılıq edib.
News365.az xəbər verir ki, o, sosial şəbəkə paylaşımında dostları ilə iştirak etdiyi məclisdən sonra təqdim olunan hesabın yüksək olmasından şikayətlənib.
Sənətçinin sözlərinə görə, paytaxtdakı “Karolina rooms” restoranında 6-7 nəfərlik qonaqlığın sonunda 805 manatdan çox hesab gəlib.
Müşviq Şahverdiyev qiymətlərin həddindən artıq baha olduğunu vurğulayaraq bildirib:
“6-7 nəfərə bu qədər hesab, özü də içkisiz. Allah insaf versin”.