Türkiyədə daha bir bələdiyyə sədri CHP-dən ayrılıb

Türkiyədə daha bir bələdiyyə sədri CHP-dən ayrılıb
15:05

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) növbəti istefa baş verib. Ankara vilayətinin Haymana rayonunun bələdiyyə sədri Levent Koç partiya sıralarını tərk etdiyini açıqlayıb.

News365.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, Koç yaxın vaxtlarda Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasına (AK Parti) qoşulacağını bildirib.

Məlumata əsasən, bələdiyyə sədrinin bu qərarı verməzdən əvvəl Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumla görüş keçirdiyi qeyd olunur.

İddialara görə, həmin görüşdən sonra Haymana rayonunda Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşa aid banner və plakatlar ərazidən yığışdırılıb.

Qeyd edək ki, son dövrlər Türkiyə siyasətində partiyalararası keçidlər və yerli idarəetmələrdə baş verən dəyişikliklər diqqət mərkəzindədir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada