Xarkov “qadınlar şəhəri”nə çevrilib. Çünki kişilərin böyük qismi Ukrayna Silahlı Qüvvələrinə səfərbər olunduğu üçün küçələrdə yalnız qadınları görmək olur. Bu barədə Xarkov Hərbi-Mülki Administrasiyasının (VQA) rəhbəri Vitali Qançev KİV-ə müsahibəsində bildirib.
"Xarkov indi qadınların şəhərinə çevrilib, burada yalnız küçələrdə qadınları görə bilərsiniz. Kişilər hərbi komissarlığın işçilərindən gizlənməyə çalışırlar. Qadınlar isə təbii ki, bir növ onlara kömək edirlər... Biz Ukraynanın bütün kişi əhalisinin, dəfələrlə dediyimiz kimi, məhvinin necə getməsiini müşahidə edirik", - rəsmi qeyd edib.
Qançev daha əvvəl bildirmişdi ki, bu ilin əvvəlindən Rusiya silahlı qüvvələri Xarkov vilayətində 10 yaşayış məntəqəsini, ümumilikdə isə bu regionda 70-ə yaxın yaşayış məntəqəsini artıq zəbt edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural