"Özümü elə hala salaram ki, 70 yaşında qadın kimi görünərəm"- Könül Kərimova

"Özümü elə hala salaram ki, 70 yaşında qadın kimi görünərəm"- Könül Kərimova
18 Mar 2025 16:35

Məşhur müğənni Könül Kərimova "Rəngarəng" verlişində qonaq olub . 

 News365.az xəbər verir ki, müğənni özünü 35 yaşında kı kimi hiss etdiyini bildirib. 

"Hər yaşda baxımlı və zövqlü görünmək insanın öz seçimindən asılıdır. İstənilən yaşda xanım istəsə, öz xarici görünüşünə və tərzinə diqqət yetirə bilər. Bu, yalnız geyim və makiyajla məhdudlaşmır, eyni zamanda insanın daxili enerjisi və özünə olan münasibəti ilə də bağlıdır.

Bəzən insan özünü olduğundan daha yaşlı göstərə bilər. Halbuki, uyğun baxım və düzgün geyim seçimi ilə tamamilə fərqli bir təsir yaratmaq mümkündür. Vacib olan odur ki, hər kəs yaşından asılı olmayaraq, özünə qayğı göstərməli və ruhən gənc qalmalıdır. Mən istəsəm özümü elə hala salaram ki, 70 yaşında kimi görsənərəm. Amma özümü 35 yaşında kimi hiss edirəm."


Sizin reklam burada
Sizin reklam burada