"Boranı" da YANĞIN SÖNDÜRÜLDÜ - YENİLƏNİB

"Boranı" da YANĞIN SÖNDÜRÜLDÜ - YENİLƏNİB
14 Mar 2025 10:43

Bakıda "Boranı" restoranında baş verən yanğın söndürülüb.

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki,  "Əhmədli" metrostansiyası yaxınlığında restoranın tüstü bacasında baş vermiş yanğın qısa müddətdə söndürülüb.

***

Bakıda "Boranı" restoranında yanğın başlayıb.

News365.az xəbər verir ki, hadisə mağazalar şəbəkəsinin "Əhmədli" metrostansiyası yaxınlığında olan filialında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğındansöndürən texnikası cəlb olunub.





Sizin reklam burada
Sizin reklam burada