Bu ölkədə yeni xəstəlik səbəbindən 20 nəfər öldü

Bu ölkədə yeni xəstəlik səbəbindən 20 nəfər öldü
18 Mar 2025 17:18

Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Kvinslend əyalətində palçıq hissəciklərinin udulması və ya çirklənmiş su ilə təması nəticəsində ötürülən xəstəlik olan melioidoz halları müşahidə olunmağa davam edir.   

 News365.az xəbər verir ki, Kvinslend ştatında 2024-cü ilin noyabrında güclü yağışlar başlayandan bəri 125 hadisə qeydə alınıb. 

Şimaldakı Taunsvil şəhərində yaşlı bir kişinin ölümü ştatda melioidozdan ölənlərin sayını 20-yə çatdırıb.  Səlahiyyətlilər güclü yağışların davam edəcəyi gözlənilən Kvinslenddə yaşlı və xroniki xəstələri palçıqdan uzaq durmağa çağırıb. 

Queensland Universitetində yoluxucu xəstəliklər professoru. Dr. Paul Griffin, epidemiyanın səbəb olduğu ölümlərin gözləniləndən çox olduğunu və hadisələrin azaldılması və can itkisinin qarşısının alınması üçün insanların xəstəlikdən xəbərdar edilməsinin lazım olduğunu bildirib.


Sizin reklam burada
Sizin reklam burada