Papadan ÇAĞIRIŞ: "Silahsızlanın"

Papadan ÇAĞIRIŞ: "Silahsızlanın"
17:48

Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransisk İtaliyanın "Corriere della Sera" qəzetinə məktub göndərib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Papa insanların bir-biri ilə ani əlaqə qurduğu dünyada sözlərin böyük gücə malik olduğunu vurğulayıb:

"Sözlər sadəcə ifadələr deyil, onlar insan mühitini formalaşdırır. Sözlər birləşdirə və ya ayıra, həqiqətə xidmət edə və ya onu manipulyasiya edə bilər. Biz sözləri silahsızlaşdırmalıyıq ki, zehnimizi və dünyanı da silahsızlandıraq. Sülhə, diplomatiyaya və beynəlxalq institutların gücləndirilməsinə ehtiyac var".

Qeyd edək ki, Vatikanın dövlət katibi Kardinal Pietro Parolin Papa Fransiskin səhhətinə görə vəzifədən gedəcəyi ilə bağlı iddiaları təkzib edib. Vatikanın mətbuat xidməti isə onun vəziyyətinin stabil olduğunu, oksigen dəstəyinin tədricən azaldıldığını, lakin axşamlar qeyri-invaziv mexaniki ventilyasiya tətbiq olunduğunu açıqlayıb.

Xatırladaq ki, Papa 14 fevraldan bəri tənəffüs yolları infeksiyasına görə xəstəxanada müalicə alır.



Sizin reklam burada
Sizin reklam burada