Bağçada uşaq karandaşı qızın gözünə soxdu

Bağçada uşaq karandaşı qızın gözünə soxdu
14:10

Rusiyada bağçalardan birində dəhşətli hadisə baş verib. Voronejdə şəhər administrasiyası və hüquq-mühafizə orqanları uşaq bağçasında balaca qızın ağır xəsarət alması ilə nəticələnən insidentin səbəblərini araşdırır. Bu barədə “Vesti Voronej” məlumat yayıb.


Nəşrin məlumatına görə, uşaqlar arasında münaqişə 2025-ci ilin yanvarında baş verib. Balacaların mübahisəsi zamanı oğlan karandaşla bağça yoldaşının gözünə və yanağına zərbələr endirib. Xəsarətlər alan qıza təcili tibbi yardım göstərilib. 


Qızın valideynləri iddia ediblər ki, hər şey başqa iş ilə məşğul olan müəllimənin diqqətsizliyi ucbatından baş verib.


Hadisədən sonra bağça daxili araşdırmaya başlayıb və təhsil şöbəsi işə qarışıb. Həmin gün şagirdlərə nəzarət edən müəllimə intizam tənbehi verilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada