FHN əhaliyə xəbərdarlıq etdi: Hava şəraiti kəskin dəyişəcək

FHN əhaliyə xəbərdarlıq etdi: Hava şəraiti kəskin dəyişəcək
16:22

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gecədən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Yaxın günlərdə qeyri-sabit və yağıntılı hava proqnozlaşdırılır.

 News365.az xəbər verir ki, bəzi bölgələrdə intensiv yağışlar gözlənilir, dağ çaylarından qısamüddətli sel keçə bilər. Bununla yanaşı, şimşək çaxacağı və güclü külək əsəcəyi bildirilir.

Fövqəladə Hallar Nazirliyi vətəndaşları ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Güclü külək zamanı diqqətli olun!

Yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun.

Elektrik dirəkləri və naqillərinin, hündür ağacların altında dayanmayın.

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edin, çünki külək yanğınların söndürülməsini çətinləşdirə bilər.

Kiçikhəcmli gəmi sahibləri və istifadəçiləri hava şəraiti normallaşana qədər dənizə çıxmamalıdır.

İldırım təhlükəsinə qarşı tədbirlər

Elektrik cihazlarını şəbəkədən ayırın.

Telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmaqdan çəkinin.

Açıq havada elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalardan uzaq durun.

Hündür ağacların altında daldalanmayın, bunun əvəzinə nisbətən çökək yer seçin.

Avtomobildə olduqda hərəkəti dayandırın, şüşələri bağlayın və ildırımın bitməsini gözləyin.

Sel və daşqın təhlükəsinə qarşı nə etməli?

Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun.

Belə bir vəziyyətlə üzləşdikdə dərhal daha yüksək ərazilərə qalxın.

FHN vətəndaşları diqqətli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.

Unutmayın:

Qaydalara biganəlik həyatınıza təhlükə yarada bilər!


Sizin reklam burada
Sizin reklam burada