ABŞ prezidenti Donald Tramp martın 15-də Floridadkı Mar-a-Laqoda iqamətgahında 1 milyon dollar dəyərində olan şam yeməyi verib. Qonaqlar arasında milyarder və onun ən yaxın tərəfdarı İlon Mask da olub.
Bu barədə WIRED jurnalı məlumat yayıb. Nəşr məclisdən foto və videoları da dərc edib.
Nahar "MAGA Inc" (Make America Great Again Inc.) siyasi komitəsi tərəfindən təşkil olunub. Təşkilat Trampın 2024-cü il prezidentlik kampaniyasını dəstəkləməsi ilə tanınır. Nəşr dəvətlə bağlı sənədlərə istinad edərək yazıb ki, prezident özü tədbirdə yalnız xüsusi qonaq kimi iştirak edib.
"Naharda Mask da olub. İş adamı ora qara pencək və köynək geyinərək sadə geyimdə gəlib. Onu Neuralink-in rəhbəri və Maskın dörd övladının anası Şivon Zilis kimi tanınan xanımı müşayiət edib",- nəşr yazıb.
WIRED qeyd edib ki, martın 15-də baş tutan bu xüsusi şam yeməyi Trampın fəaliyyət cədvəlində olmayıb. Ağ Ev isə hələlik bu məlumatı şərh etməyib.
Tural