Ukraynanın Rusiyanın nəzarəti altında olan əraziləri geri qaytarmaq şansı yoxdur. Lakin Kiyevin neytral statusu və təhlükəsizlik zəmanəti əsasında sülh əldə etməsi mümkündür. Rusiya mediasının yaydığı məlumata görə, bu fikri Sloveniyanın keçmiş prezidenti (2007-2012) Danilo Tyurk “Delo” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2022-ci ildə İstanbulda tərəflərin səsləndirdiyi təkliflər olduqca maraqlı olub. Tyurk belə hesab edir ki, Ukrayna üçün daimi neytrallıq və təhlükəsizlik təminatını nəzərdə tutan bir sazişi imzalanmağa hazır idi və bu, hazırda hazırlanan saziş üçün əsas ola bilərdi.
“Ukrayna üçün daimi neytrallığa gedən yol və müzakirə edilə biləcək başqa variantlar var. Bu o deməkdir ki, davamlı sülhə aparan gələcək yolu təmin edəcək xəttin tapılması tapşırığı yerinə yetirilə bilər”, - deyən sabiq prezident Rusiya və ABŞ prezidentləri arasında danışıqların nəticələrinin yaxın günlərdə məlum olacağını vurğulayıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural