Türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis Canan Karatay imsakda mütləq yeyilməli olan qidanı açıqlayıb.
News365.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, professor xüsusilə Ramazan ayında çəyirdəkli ardıc bəhməzini yeməyi tövsiyə edir.
Mütəxəssis bildirib ki, bu bəhməz bədən quruluşunu gücləndirir, qanda azalmış qan əmələ gətirən hüceyrələri artırır, hüceyrələrin quruluşunu qoruyaraq qaraciyərdəki toksinləri azaldır, bədəndə ödəm əmələ gəlməsinin qarşısını alır, qaraciyərin funksional dəyərini artırır uzun müddət toxluq hissi yaradır.