Otlaq sahəsində başlayan yanğın kəndə keçdi

Otlaq sahəsində başlayan yanğın kəndə keçdi
18 Mar 2025 20:33

Göyçay rayonunda yanğın hadisəsi baş verib.


News365.az xəbər verir ki, hadisə rayonun Müskürlü kəndində qeydə alınıb.


Belə ki, otlaq və örüş sahəsi arasında başlayan yanğın daha sonra kəndə doğru irəliləyib. Kəndin ətrafındakı ağaclar və otlaq sahələri yanıb. Yanğın daha sonra kəndin içərisində yerləşən evlərdən birinə keçib. Nəticədə vətəndaşa məxsus birmərtəbəli ev bütün əşyaları ilə birlikdə yanaraq kül olub.


Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay bölməsinin əməkdaşları tərəfindən alov söndürülüb və yanğının digər evlərə keçməsinin qarşısı alınıb.


Faktla bağlı araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verməsi araşdırmaların sonunda məlum olacaq


Sizin reklam burada
Sizin reklam burada