Çərşənbə axşamı səhər İsrailin Qəzza zolağına endirdiyi kütləvi hava zərbələri nəticəsində Fələstinin Həmas hərəkatının 5 lideri həlak olub. Bu barədə Rusiya mediası hərəkatdakı mənbəyə istinadən məlumat yayıb.
Ölənlər arasında HƏMAS siyasi bürosunun iki üzvü İssam əd-Dalis və Əbu Ubeydə əl-Cəmasi, həmçinin Qəzzanın daxili işlər nazirinin müavini Mahmud Əbu Vətfa da var.
19 yanvar 2025-ci ildə Qəzza zolağında atəşkəs qüvvəyə minib. Atəşkəs 42 gün davam etməli idi. Bu müddət ərzində 33 girov İsrailə qaytarılmalı, yəhudi dövləti isə 1000-ə yaxın fələstinli məhbusu azad etməyə borclu idi. Martın 2-də atəşkəsin birinci mərhələsi başa çatdı, lakin İsrail və HƏMAS ikinci barədə razılığa gələ bilmədilər.
Martın 18-nə keçən gecə isə İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa etdi. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib ki, bu addım Fələstin hərəkatının ABŞ-nin atəşkəsi uzatmaq təkliflərini rədd etməsi səbəbindən baş verib.
Tural