Terrorçular prezident kortejini hədəf aldı

Terrorçular prezident kortejini hədəf aldı
18 Mar 2025 19:30

Somali Prezidenti Həsən Şeyx Mahmudun paytaxt Moqadişodakı iqamətgahı yaxınlığında partlayış baş verib.


News365.az “Somali Quardian”a istinadən xəbər verir ki, partlayış prezident korteji saraydan çıxan zaman qeydə alınıb.


Hadisə nəticəsində xəsarət alanlar var. Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb. Hücumla bağlı məsuliyyəti “Əş-Şabab” döyüşçüləri öz üzərinə götürüb.


Sizin reklam burada
Sizin reklam burada