Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
News365.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
O bildirib ki, MSK-nın müvafiq qərarlarına əsasən 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci, 79 saylı Astara seçki dairələrinin tərkibində dəyişikliklər edilir.
Qərarlar iclasda ayrı-ayrılıqda səsə qoyularaq, qəbul olunub.