"Telegram messencerini tamamilə qadağan etməyin mənası yoxdur. Çünki proqram neytrallığı qorumağa çalışır". Bu barədə Rusiya Dövlət Dumasının deputatı Anton Qorelkin Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, ötən həftə ictimaiyyət messencerə tam qadağa qoyulacağı ilə bağlı şayiələr əldə edib. Bundan sonra Telegram kanallarının müəllifləri siyasətçilərlə əlaqə saxlamağa başlayıb və mümkün bloklama xəbərini təsdiq və ya təkzib etməyi xahiş ediblər.
“Şəxsən mən bunun mənasını görmürəm. Digər xarici media platformalarından fərqli olaraq, Telegram neytral qalmağa çalışır”, - Qorelkin bildirib.
O qeyd edib ki, indiki geosiyasi vəziyyətdə qərəzsiz qalmaq çox çətindir. Lakin hadisələrin necə inkişaf edəcəyini yalnız müəyyən müddətdən sonra söyləmək mümkün olacaq. Deputat vurğulayıb ki, Telegram vasitəsilə rəsmi məlumat göndərməyə dəyməz, lakin bu məsləhətin səbəbləri məlum deyil.
Tural