MSK ilə bağlı qərar layihəsi Milli Məclisə daxil olub

MSK ilə bağlı qərar layihəsi Milli Məclisə daxil olub
11:19

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi Milli Məclisə daxil olub.

News365.az xəbər verir ki, bu barədə sənəd parlamentin aprelin 27-də keçiriləcək pelnar iclasının gündəliyinə MSK üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələ salınıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən, Azərbaycanda bütün seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.

MSK-nın tərkibi 2021-ci il aprelin 27-də Milli Məclisin plenar iclasında qəbul edilən qərar əsasında formalaşdırılmışdı.


Sizin reklam burada
Sizin reklam burada