Sabah Şəkinin iki kəndində qaz kəsiləcək

Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
15:50

Sabah Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndlərinin təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə News365.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Buna səbəb payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdır.

Məlumata görə, iyunun 9-da saat 10:00-dan etibarən işlər yekunlaşanadək adıçəkilən yaşayış məntəqələrinin qaz təchizatı dayandırılacaq.


Sizin reklam burada
Sizin reklam burada