Aİ İrana qarşı sanksiyalar tətbiq edib

Aİ İrana qarşı sanksiyalar tətbiq edib
16:08

Avropa İttifaqı (Aİ) Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etdiyinə görə iki İran vətəndaşına və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölməsinə qarşı sanksiyalar tətbiq edib.

News365.az-ın məlumatına görə, bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) bəyanatında qeyd olunub.

Sanksiya siyahısına SEPAH-ın Hörmüzgan əyalətinin Hərbi-Dəniz Qüvvələrinin komandanlığı, həmçinin Məhəmməd Əkbərzadə və Həmid Hüseyni daxil edilib.

Məlumatda bildirilib ki, Əkbərzadə SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə komandir müavini, Hüseyni isə İranın neft, qaz və neft-kimya məhsulları ixracatçıları İttifaqının nümayəndəsidir.


Sizin reklam burada
Sizin reklam burada