2026-cı ilin may ayında ailə başçısını itirməyə görə 195 min 155 nəfərə pensiya və müavinət ödənilib.
News365.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, ödəniş alanlardan 138 min 914 nəfəri ailə başçısını itirməyə görə pensiya, 56 min 241 nəfəri isə müavinət alıb.
Qeyd edək ki, ailə başçısını itirməyə görə pensiya və müavinətlər qanunvericiliyə uyğun olaraq hüququ olan şəxslərə təyin edilir.