Etiraz aksiyası öncəsi faciə: Ölənlər və yaralananlar var

Etiraz aksiyası öncəsi faciə: Ölənlər və yaralananlar var
15:36

Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsində siyasi gərginlik qanlı qarşıdurmaya çevrilib. Sabah keçirilməsi nəzərdə tutulan etiraz aksiyası ərəfəsində nümayişçilərlə hüquq-mühafizə orqanları arasında baş verən toqquşmalar insan tələfatı ilə nəticələnib.

Yerli mənbələrin məlumatına görə, hadisələr zamanı ümumilikdə 11 nəfər həyatını itirib. Ölənlər arasında 4 polis əməkdaşı da var. Bundan başqa, azı 23 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

News365.az-ın məlumatına əsasən, qarşıdurmanın əsas səbəbi qanunverici orqanda ayrılmış bəzi parlament yerləri ilə bağlı narazılıqlardır. Etirazları təşkil edən Birgə Fəaliyyət Komitəsi (JAAC) parlamentdəki 45 yerdən 12-nin qaçqınlar üçün ayrılmasına etiraz edir.

Təşkilat hesab edir ki, Pakistanın Kəşmirdən kənarda yaşayan şəxslər üçün nəzərdə tutulan mandatlar ləğv edilməli və parlamentdə təmsilçilik yalnız bölgə sakinlərinə verilməlidir.

Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyət isə gərgin olaraq qalır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada