Uşaqlar onlayn mühitdə də qorunmalıdır

Uşaqlar onlayn mühitdə də qorunmalıdır
11:52

Milli Məclisdə müzakirə olunan qanun layihəsi çərçivəsində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

News365.az xəbər verir ki, müasir dövrdə uşaqların qorunması yalnız fiziki mühitlə məhdudlaşmamalı, rəqəmsal təhlükəsizlik də əsas prioritetlərdən biri olmalıdır.

Onun sözlərinə görə, təqdim edilən qanun layihəsi bu istiqamətdə mühüm hüquqi baza formalaşdırmağı hədəfləyir.

Komitə sədri qeyd edib ki, sənədin hazırlanması və müzakirəsi prosesinə müxtəlif maraqlı tərəflərin – media nümayəndələrinin, ekspertlərin və ictimaiyyətin cəlb olunması vacibdir. Bu yanaşma qanunun daha effektiv və real ehtiyaclara uyğun olmasına şərait yaradır.

Bahar Muradova əlavə edib ki, uşaqlarla yanaşı valideynlərin də rəqəmsal bacarıqlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, rəqəmsal mühitin imkanları və riskləri barədə düzgün biliklər həm uşaqların, həm də böyüklərin təhlükəsizliyi üçün vacibdir.

Sonda o vurğulayıb ki, uşaqların təhlükəsiz rəqəmsal mühitdə böyüməsi üçün ailə ilə dövlət arasında əməkdaşlıq daha da gücləndirilməlidir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada